...

Konor Makqreqor karyerasını bitirdi

İdman Materials 26 Mart 2019 12:57 (UTC +04:00)
İrlandiyalı qaydasız döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini elan edib
Konor Makqreqor karyerasını bitirdi

Bakı. Trend:

İrlandiyalı qaydasız döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini elan edib.

Trend-in məlumatına görə, bu barədə idmançı “Twitter” səhifəsində yazıb.

UFC kateqoriyasında ən populyar idmançılardan hesab olunan K.Makqreqor karyerası ərzində 25 döyüş keçirib və onun 21-də qalib gəlib.

O, sonuncu döyüşünü ötən ilin oktyabrında rusiyalı idmançı Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.

K.Makqreqor eyni zamanda iki çəki dərəcəsində çempion olmuş ilk döyüşçüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti