...

Sebastyan Fettel "Formula 1" Azərbaycan Qran Prisi haqqında

İdman Materials 23 Aprel 2019 16:59 (UTC +04:00)
Bakı trası “Formula 1” mövsümündəki traslar arasında ən uzun düzlüyə malikdir
Sebastyan Fettel "Formula 1" Azərbaycan Qran Prisi haqqında

Bakı. Trend:

Bakı trası Formula 1 mövsümündəki traslar arasında ən uzun düzlüyə malikdir.

Trend-in məlumatına görə, bunu “Ferrari” pilotu, almaniyalı Sebastyan Fettel deyib.

Onun sözlərinə görə, 2,2 kilometrlik düz xətdə bolidin hərəkət sürəti saatda 360 kilometrə çatır:

“Bundan sonra isə birinci yavaş döngə üçün qəfil əyləcə basmaq lazımdır”.

O bildirib ki, İçərişəhər divarları yaxınlığındakı yoxuş hissə çox dardır:

“Elə təəssürat yaranır ki, sanki iynənin dəliyindən keçirsən. Buradan eyni vaxtda iki bolid keçə bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti