...

Velosipedçilərimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına 6 lisenziya qazanıb

İdman Materials 27 May 2019 14:01 (UTC +04:00)
Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.
Velosipedçilərimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına 6 lisenziya qazanıb

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü - Ukraynanın və Belarusun “Lviv” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.

Təmsilçilərimiz 112 km məsafəni 2 saat, 37 dəqiqə, 23 saniyəyə qət etməklə müvafiq olaraq 8-ci və 10-cu nəticə göstəriblər.

Bununla da həm Elçin, həm də Samir ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti