...

Bütün il nə üçün çalışdığımızı bilirdik- qrup hərəkətlərində Azərbaycan komandası

İdman Materials 21 Sentyabr 2019 22:43 (UTC +04:00)
Dünya çempionatında çıxış etmək çox həyəcanlı və məsuliyyətli idi
Bütün il nə üçün çalışdığımızı bilirdik- qrup hərəkətlərində Azərbaycan komandası

Bakı. Cani Babayeva - Trend:

Dünya çempionatında çıxış etmək çox həyəcanlı və məsuliyyətli idi.

Bu barədə Trend-ə qrup hərəkətlərində komandanın tərkibində olan Azərbaycan gimnastları bildirib.

Xatırladaq ki, bugünki yarış zamanı qrup hərəkətləri üzrə Azərbaycan yığması Tokioda 2020 Olimpiya Oyunları üçün lisenziya qazanıb.

Yarışlarda Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokinadan ibarət komanda təmsil edir.

A.Bayramova deyib ki, doğma ölkədə çıxış etmək çox çətin və məsuliyyətlidir, amma həyəcanın öhdəsindən gələ biliblər:

"Bu, karyeramızda çox vacib bir başlanğıc idi, çünki dünya çempionatı lisenziya xarakteri daşıyır".

Diana Əhmədbəyli qeyd edib ki, belə bir vacib yarışmanın doğma ölkədə keçirilməsi bir tərəfdən çox böyük hədiyyə, digər tərəfdən isə böyük məsuliyyətdir.

A.Paşayeva əlavə edib ki, xalçaya çıxmazdan əvvəl bütün il işlədiyimizi və hər şeyi yaxşı etməli olduğumuzu başa düşurdük.

"Əlbətdə həyəcan var idi, amma əhval-ruhiyyə nikbin idi, buna görə proqramı başa vurduq".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Xəbər lenti

Xəbər lenti