...

Gimnast: Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb

İdman Materials 14 Oktyabr 2019 00:46 (UTC +04:00)
Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb
Gimnast: Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb.

Bunu Trend-ə bədii gimnastika üzrə Regionlar Kubokunun iştirakçısı, Qusar şəhərini təmsil edən Səda Nazurova deyib.

S.Nazurova bildirib: "Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlara həmişə yaxşı çıxış etmək və birinci yeri tutmaq məqsədi ilə gəlirəm. Regionlar Kuboku vacib yarışmadır, ona görə də çıxışdan əvvəl konsentrasiya olmaq, elementləri təkrar etmək lazımdır".

Gimnast vurğulayıb ki, Milli Gimnastika Arenasında məşqlər üçün mükəmməl imkanlar yaradılıb: "Mənim hazırlaşmağa vaxtım olub. Milli Gimnastika Arenasında idmançılara ən yaxşı şərait yaradılıb, hər şey rahat və komfotludur".

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir.

Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib.

Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti