...

Olimpiya çempionu: Bakıya yarışlara gələndə sanki evə gəlirik

İdman Materials 15 Fevral 2020 17:26 (UTC +04:00)
Bakıya yarışlara gələndə sanki evə gəlirik, burada hər şey tanış və doğmadır
Olimpiya çempionu: Bakıya yarışlara gələndə sanki evə gəlirik

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Bakıya yarışlara gələndə sanki evə gəlirik, burada hər şey tanış və doğmadır.

Bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçısı, 2016-cı il Olimpiya çempionu, Belarus gimnastı Vladislav Qonçarov deyib.

Öz çıxışı barədə danışan gimnast bildirib ki, turnir cədvəlindəki yerindən məmnundur: “Kombinasiyaları daha yaxşı yerinə yetirə bilərdim. Proqramı icra elədim, amma səhvlər də oldu, lazımi hündürlüyə çata bilmədim. Dünya Kuboku kifayət qədər vacib yarışdır, Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti