...

Batut gimnastikasında qadınlar arasında fərdi proqramda mükafatçılar məlum oldu

İdman Materials 16 Fevral 2020 14:05 (UTC +04:00)
Çin gimnastı Syuein Çju batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında qadınlar arasında fərdi proqramda qızıl medal qazanıb
Batut gimnastikasında qadınlar arasında fərdi proqramda mükafatçılar məlum oldu

Bakı. Cani Babayeva - Trend:

Çin gimnastı Syuein Çju Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında qadınlar arasında fərdi proqramda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, 55.810 xal yığıb.

İkinci yerdə 54.945 xalla digər Çin gimnastı Lyu Linlin, üçüncü yerdə isə 54.585 xalla kanadalı Samanta Smit qərarlaşıb.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti