...

Karateçilərimiz Avstriyada Premyer Liqa turnirini iki medalla başa vurublar

İdman Materials 1 Mart 2020 20:19 (UTC +04:00)
Karateçilərimiz Avstriyanın Zalsburq şəhərində keçirilən “Karate 1” Premyer Liqa turnirini iki medalla başa vurublar
Karateçilərimiz Avstriyada Premyer Liqa turnirini iki medalla başa vurublar

Bakı. Trend:

Karateçilərimiz Avstriyanın Zalsburq şəhərində keçirilən “Karate 1” Premyer Liqa turnirini iki medalla başa vurublar.

Trend xəbər verir ki, Rafiz Həsənov (67 kq) yarışda uğurla çıxış edərək qızıl medal qazanıb. O, finalda İtaliya təmsilçisi Luka Mareskadan üstün olub.

Qadınların yarışında isə İrina Zaretska (68 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş “Karate 1” Premyer Liqa turnirində də iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti