Bakı. Trend:
“İnter” yeniyetmələr arasında Çempionlar Liqasından iştirak etməyəcək.
Trend-in məlumatına görə, italyanlar koronavirus epidemiyasından ehtiyatlanaraq futbolçuların sağlamlığı ilə bağlı risk etməmək qərarına gəlib.
Qeyd edək ki, “İnter”in yeniyetmələrdən ibarət komandası martın 11-də Fransanın “Renn” klubu ilə qarşılaşmalı idi. “İnter”in əsas komandası isə Avropa Liqasında “Xetafe” klubunu Milanda qəbul edəcək və oyun azarkeşsiz baş tutacaq.