...

Azarkeşlərin dəstəyi bizə güc verir - Dünya Kubokuna hazırlaşan Azərbaycan gimnastları (VİDEO)

İdman Materials 11 Mart 2020 10:54 (UTC +04:00)
Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya kuboku keçiriləcək
Azarkeşlərin dəstəyi bizə güc verir - Dünya Kubokuna hazırlaşan Azərbaycan gimnastları (VİDEO)

Bakı. Cani Babayeva - Trend:

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya kuboku keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycanı Dünya kubokunda Murad Ağarzayev, Marina Nekrasova, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Samirə Qəhrəmanova, Cavidan Babayev təmsil edəcək.

Turnir ərəfəsində hazırlanmış videoçarxda gimnastlar Marina Nekrasova və Samirə Qəhrəmanova yarışa hazırlıq barədə danışıb. Onlar qeyd edib ki, bu Dünya kuboku Azərbaycanda keçirilən sayca beşinci Dünya kuboku mərhələsidir.

Gimnastlar vurğulayıb ki, doğma arenada çıxış etmək çox məsuliyyətlidir, ona görə də yarışa çox ciddi hazırlaşırlar:

“Sizin dəstəyiniz bizə güc verir”.

Bu, Samirə Qəhrəmanovanın iştirak edəcəyi ilk Dünya Kuboku olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti