...

Pirlo "Yuventus"a baş məşqçi gəlir

İdman Materials 12 Mart 2020 20:06 (UTC +04:00)
Andrea Pirlo “Yuventus”un gənclərdən ibarət komandasının baş məşqçisi təyin olunacaq.
Pirlo "Yuventus"a baş məşqçi gəlir

Bakı. Trend:

Andrea Pirlo “Yuventus”un gənclərdən ibarət komandasının baş məşqçisi təyin olunacaq.

Trend-in məlumatına görə, “Skuadra adzurra”nın sabiq yarımmüdafiəçisi Turin klubunun rəhbərliyi ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. Pirlo avqust ayından millidəki sabiq komanda yoldaşı Luka Toni ilə birgə məşqçilik kurslarına yazılıb. Kursu başa vurduqdan sonra Andrea “pro” lisenziyasına yiyələnəcək.

Xatırladaq ki, Pirlo “Yuventus”un heyətində 4 il ərzində 164 oyunda 19 qol vurub və 38 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti