...

"Liverpul" "Enfild Roud"da təmir işlərini təxirə saldı

İdman Materials 28 Aprel 2020 17:36 (UTC +04:00)
"Liverpul" "Enfild Roud"da təmir işlərini təxirə saldı

Bakı. Trend:

“Liverpul” “Enfild Roud”un yenidənqurma işlərini koronavirusa görə bir il müddətinə təxirə salıb.

Trend-in məlumatına görə, klub rəhbərliyi 2020-ci ilin sonuna qədər stadionda oturacaqların sayını 54 mindən 61 minə qədər artırmağı planlaşdırırdı. Yenidənqurma işlərinə görə “Liverpul” 60 milyon funt sterlinq xərcləməli olacaq.

“Qırmızılar” bu stadionda 1884-cü ildən çıxış edirlər. "Enfild Roud" tamaşaçı tutumuna görə hazırda İngiltərədə yeddinci stadion sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti