...

AFFA yeni hakimləri təsdiq edib

İdman Materials 2 İyul 2020 18:51 (UTC +04:00)
AFFA yeni hakimləri təsdiq edib

Bakı. Trend:

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

Trend AFFA-nın saytına istinadla xəbər verir ki, Rəşad Əhmədov Premyer Liqaya referi, Kamran Bayramov isə referi köməkçisi kimi təyinat alıb. Tural Qurbanov Birinci divizionda referi kimi ədaləti qoruyacaq. Hidayət Feyzullayev, Tərlan Talıbzadə və Vüsal Məmmədov referi köməkçisi olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti