...

"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu

İdman Materials 17 Sentyabr 2020 22:00 (UTC +04:00)
"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının seçmə mərhələsi çərçivəsində Azərbaycanın "Neftçi" futbol klubu ilə Türkiyənin "Qalatasaray" klubu qarşılaşıb.

Trend-in məlumatına görə, Bakı Olimpiya Stadionunda keçən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində qolları M.Diane (19, 63) və K.Luyindama (48) vurublar, "Neftçi"nin isə yeganə qolunu 46-cı dəqiqədə M.Mboc vurub.

Beləliklə, "Neftçi" UEFA Avropa Liqasında mübarizəni dayandırıb, "Qalatasaray" isə növbəti mərhələyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti