...

AFFA prezidenti "Qarabağ"ı təbrik edib

İdman Materials 2 Oktyabr 2020 01:17 (UTC +04:00)
AFFA prezidenti "Qarabağ"ı təbrik edib

Bakı. Trend:

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ı təbrik edib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Varşavadakı "Wojska Polskiego" stadionunda keçirilmiş "Legiya" (Polşa) - "Qarabağ" oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla telefonla əlaqə saxlayaraq möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə komandanın bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib və qrup mərhələsində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti