...

Məsut Özil Azərbaycana dəstək ifadə edib

İdman Materials 13 Oktyabr 2020 23:59 (UTC +04:00)
Məsut Özil Azərbaycana dəstək ifadə edib

Bakı. Trend:

İngiltərənin "Arsenal" klubun futbolçusu Mesut Özil Azərbaycana dəstək olub.

Trend xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə "Twitter" hesabında paylaşım edib.

Almaniya yığmasının sabiq üzvü Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini yazıb.

Türk əsilli oyunçu "Tək millət, iki dövlət" ifadəsini də paylaşıb.

M.Özil qeyd edib ki, Ermənistan BMT-nin ölkəmizin işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına dair qətnamələrini tamamilə məhəl qoymur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti