...

Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib

İdman Materials 24 Yanvar 2021 10:39 (UTC +04:00)
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib

Bakı. Trend:

Qarışıq döyüş növü üzrə (MMA) Amerikalı idmançı Dastin Porye "UFC 257" turnirinin əsas döyüşündə irlandiyalı Konor Makqreroru məğlub edib.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, döyüş Əbu-Dabidə yerləşən "Döyüş adası"nda keçirilib.

Yarışlar 2020-ci ilin mart ayından bəri ilk dəfə tamaşaçıların iştirakı ilə keçirilib.

Yüngül çəkidə keçirilən döyüş titul statusu daşımayıb. Lakin UFC prezidenti Deyna Uaytın dediyinə görə, yarışın qalibi çempionluq kəmərinə namizəd hesab ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti