...

İngiltərə çempionatında "Çelsi" "Tottenhem"ə qalib gəldi

İdman Materials 5 Fevral 2021 03:57 (UTC +04:00)

Bakı. Trend:

İngiltərə Futbol Çempionatının 22-ci tur oyununda "Çelsi" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, London derbisində penaltidən yeganə qolu 24-cü dəqiqədə Jorjinyo vurub.

"Çelsi" 22 matçda 36 xal yığaraq ölkə premyer liqası cədvəlində altıncı,"Tottenhem" isə turnirdə ardıcıl üçüncü matçını uduzaraq 21 görüşdən 33 topladığı xalla səkkizinci yerdədir.

Növbəti turda fevralın 7-də "Çelsi" səfərdə "Şeffild Yunayted"la oynayacaq, "Tottenhem" həmin gün "Vest Bromviç"i qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti