...

Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi

İdman Materials 26 Fevral 2021 13:59 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Erməni şahmatçısı, Dünya Kubokunun ikiqat qalibi Levon Aronyan Ermənistan milli komandasının adından çıxış etməkdən imtina edib.

Trend-in məlumatına görə, bu barədə şahmatçı öz "Facebook" səhifəsində yazıb.

O, bu qərarı Ermənistanda hazırkı hökumətin şahmata kifayət qədər diqqət ayırmaması ilə bağlı izah edib.

L.Aronyanın ABŞ komandasının tərkibində çıxışını davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Ermənistan Şahmat Federasiyasının prezidenti ölkənin sabiq prezidenti Serj Sarkisyandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti