...

İngiltərə Premyer Liqası: "Vest Hem" "Arsenal" ilə derbidə heç-heçə edib

İdman Materials 21 Mart 2021 21:57 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Vest Hem" "Arsenal" ilə derbidə heç-heçə edib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 29-cu turunda "Vest Hem" futbol klubu doğma meydanında "Arsenal"la heç-heçə edib.

Trend-in məlumatına görə, görüş 3:3 hesabı ilə başa çatıb.

Üç top üstünlüyü ilə öndə olan meydan sahiblərinin heyətində qolları Cessi Linqard, Cared Bouen və Tomas Souçek vurublar.

Bundan əlavə, "Vest Hem" iki dəfə topu öz qapısına vurub. T.Soçek və Kreyq Douson avtoqol vurub. "Arsenal"ın aktivinə daha bir qolu Aleksand Lyakazet əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti