...

Konor Makqreqor növbəti dəfə Dastin Poryeyə uduzdu

İdman Materials 11 İyul 2021 12:44 (UTC +04:00)
Konor Makqreqor növbəti dəfə Dastin Poryeyə uduzdu

Bakı. Trend:

Qarışıq döyüş növü üzrə irlandiyalı idmançı (MMA) konor Makqreqor Las-Veqasda keçirilən "UFC 264" turnirinin əsas görüşündə amerikalı MMA döyüşçüsü Dastin Porye ilə üz-üzə gəlib.

Trend-in məlumatına görə, görüş birinci raundun sonunda dayandırılıb. Belə ki, raundun sonlarına yaxın iralandiyalı döyüşçünün ayağı sınıb.

K.Maqreqor görüşü davam etdirə bilmədiyindən D.Poryeyə texniki qalibiyyət verilib.

Qeyd edək ki, yanvarın 24-də Əbu-Dabidə keçirilən "UFC 257" turnirində də K.Makqreqor D.Poryeyə uduzmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti