...

İstanbul 2023-cü ildə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək

İdman Materials 16 İyul 2021 21:18 (UTC +04:00)
İstanbul 2023-cü ildə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək

Bakı. Trend:

Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə UEFA-nın press-relizində deyilir.

Xatırladaq ki, 2020/21 mövsümünün final qarşılaşması İstanbulda keçirilməli idi. Lakin Türkiyə koronavirusa yoluxma hallarının artması səbəbilə final matçı Portuda keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti