...

Azərbaycanın qadın güləşçiləri MDB Oyunlarında üçüncü medalı qazanıb

İdman Materials 4 Sentyabr 2021 18:50 (UTC +04:00)
Azərbaycanın qadın güləşçiləri MDB Oyunlarında üçüncü medalı qazanıb

Bakı. Trend:

Azərbaycanın daha bir qadın güləşçisi Birgül Sultanova Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında medal qazanıb.

Trend-in məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medala sahib çıxıb.

Daha əvvəl idmançılarımız Şahanə Nəzərova 50 kq çəki dərəcəsində gümüş medala , 53 kq çəkidə Tatyana Voronsova isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 9 bürünc medal var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti