Bakı. Trend:
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor yaxın zamanda idmana qayıdacağını elan edib.
Trend-in məlumatına görə, tanınmış döyüşçü bu barədə özünün "Instagram" səhifəsində paylaşım edib.
33 yaşlı irlandiyalı məşqdən video payalaşaraq, bunları yazıb: "Həkimlər və komandama təşəkkür edirəm ki, əməliyyatdan sonra belə irəliləyişə nail ola bildik. Qarşıda hələ çox iş var. İdman tarixinin ən böyük geri dönüşünü gözləyin".
Xatırladaq ki, Konor Makqreqor iyulda UFC turnirində amerikalı Dastin Porye ilə döyüşdə ayağını sındırmışdı. Turnirdən sonra idmançı əməliyyat edilmişdi.