...

Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb

İdman Materials 27 Noyabr 2021 20:04 (UTC +04:00)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Rusiya təmsilçisi Meri Qolota Bakıda batutla tullanma və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 17-21 yaş kateqoriyası üzrə qadınlar arasında fərdi batut tullanma proqramında 53,925 xalla birinci yeri tutub.

Trend xəbər verir ki, Rusiyadan olan digər gimnast Aleksandra Bonartseva (53,245 xal) ikinci, Yaponiya idmançısı Yuka Misava (53,235 xal) üçüncü yeri tutub.

Azərbaycanlı gimnast Selcan Maqsudova 51,525 xalla dördüncü olub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti