...

Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub

İdman Materials 5 Dekabr 2021 02:04 (UTC +04:00)
Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub

Bakı. Trend:

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub.

Trend-in məlumatına görə, təsnifatı ikinci pillədə onun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yerdə isə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen başa vurublar.

Qeyd edək ki, Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin əsas yarışı dekabrın 5-i Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti