...

UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb

İdman Materials 9 Dekabr 2021 00:48 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb

Bakı. Trend:

Futbol üzrə Çempionlar Liqası çərçivəsində İtaliyanın “Atalanta” və İspaniyanın “Vilyarreal” klubları arasında oyun dekabrın 9-na təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə "Vilyarreal" klubunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, buna səbəb Berqamo şəhərində güclü qar yağması olub.

Bildirilib ki, oyunun başlama saatı daha sonra müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti