...

"Arsenal"ın baş məşqçisi koronavirusa yoluxub

İdman Materials 29 Dekabr 2021 20:30 (UTC +04:00)
"Arsenal"ın baş məşqçisi koronavirusa yoluxub

Bakı. Orxan Nəbiyev - Trend:

İngiltərənin "Arsenal" (London) futbol klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, M.Artetanın koronavirus testi müsbət nəticələnib və o, özünütəcrid rejiminə keçib.

Baş məşqçi klubun növbəti məşqlərində və yanvarın 1-də nəzərdə tutulan "Mançester Siti" ilə matçda komandaya rəhbərlik edə bilməyəcək.

Xatırladaq ki, son bir neçə tur ərzində "omikron" ştammının yayılması ilə əlaqədar İngiltərə çempionatının 10-dan çox matçı təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti