...

Rafael Nadal “Australian Open-2022” turnirinin qalibi olub

İdman Materials 30 Yanvar 2022 19:52 (UTC +04:00)
Rafael Nadal “Australian Open-2022” turnirinin qalibi olub

Bakı. Trend:

Bu gün “Böyük dəbilqə” seriyasından kişilər arasında “Australian Open-2022” turnirinin final oyunu keçirilib.

Trend-in məlumatına görə, görüşdə ispaniyalı Rafael Nadal və rusiyalı Daniil Medvedev üz-üzə gəliblər. Gərgin keçən görüşdə ispaniyalı əzmkar qələbə qazanıb - 3:2 (2:6, 6:7 - 6:4, 6:4, 7:5). İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.

“Böyük dəbilqə” seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Rocer Federer və serbiyalı Nokak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb. Turnirdə rusiyalı Daniil Medvedev qələbə qazansa idi, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində Novak Cokoviçi geridə qoyacaqdır.

Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, “Australian Open-2022” mövsümün ilk “Böyük dəbilqə” seriyalı turniridır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti