Bakı. Trend:
Bu ilin may-oktyabr aylarında Şuşa beynəlxalq velosiped turniri keçiriləcək.
Trend xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin təsdiqlədiyi "Şuşa İli" ilə bağlı Tədbirlər Planında əksini tapıb.
Turnirin icraçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasıdır.