...

Milli idman növləri daha da inkişaf edəcək - Fərid Qayıbov

İdman Materials 5 Mart 2022 12:33 (UTC +04:00)
Milli idman növləri daha da inkişaf edəcək - Fərid Qayıbov

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanda belə forumlar çox keçirilib. Prezident İlham Əliyev ölkədə idmana çox önəm verir. Azərbaycanda müxtəlif yarışlar keçirilib.

Trend-in məlumatına görə, bunu "Ethnosport" Forumunda çıxışı zamanı gənclər və idman naziri Fərid Qayıbov deyib.

O qeyd edib ki, Azərbaycanda 100-dən artıq idman kompleksi mövcuddur.

"Ölkədə 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur və bu münasibətlə İdman Həftəsi baş tutub. Bugünkü formun belə tarixə düşməsi bizim üçün əlamətdardır. İnanıram ki, yekunda yaxşı nəticələr əldə edəcəyik və milli idman növləri daha da inkişaf edəcək", -deyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti