...

Qazaxıstan idmançıları balans hərəkətləri proqramında qızıl medal qazanıblar

İdman Materials 13 Mart 2022 17:45 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan idmançıları Vadim Şulyar və Daniel Dil Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya Çempionatında 28,530 xalla qızıl medal qazanıblar.

Trend-in məlumatına görə, gimnastlar tarazlıq hərəkətləri proqramı üzrə birinci yerə layiq görülüblər.

Gümüş medalı Portuqaliyadan olan kişi dueti - Fabiyo Beko və Bruno Ramalyo (28,020 xal), bürünc medalı isə ABŞ-ı təmsil edən kişi cütlüyü - Brayden Makduqal və Encel Feliks (27,900 xal) qazanıb.

Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev 25,120 xal toplayaraq altıncı yeri tutublar.

Xatırladaq ki, bundan əvvəl Daniel Abbasov və Murad Rəfiyev kombinə edilmiş və templi hərəkətlərdə iki bürünc medal qazanıblar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.

Xəbər lenti

Xəbər lenti