...

Azərbaycanda bu tarixdən stadionların tam dolmasına icazə veriləcək

İdman Materials 28 Mart 2022 10:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq ümumi məsləhətləşmələrdən sonra stadionlarda azarkeş tutumunun tam dolmasına icazə verilib.

Bunu Trend-ə PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov deyib.

O bildirib ki, 30 mart və 1 apreldə keçiriləcək I Divizionun XIX, Azərbaycan I Divizionunun və 2-3 aprel tarixlərində baş tutacaq Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə veriləcək:

"Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq."- E.Abbasov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti