...

Hakimləri döyən məşqçiyə cəza verildi

İdman Materials 8 Aprel 2022 17:34 (UTC +04:00)
Hakimləri döyən məşqçiyə cəza verildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsi U-15 liqasında çıxış edən EFA komandasının baş məşqçisi Vüsal Mustafayevi 1 il 6 ay müddətinə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib.

Trend xəbər verir ki, buna mütəxəssisin "Keşlə" (hazırkı "Şamaxı) ilə görüşdəki davranışları səbəb olub.

Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Baş məşqçi daha sonra dəhlizdə olan zaman hakimləri təhqir edib və fiziki təzyiq göstərib. O, həmçinin valideynləri referilərə qarşı ədavətə və qəddarlığa da vadar edib.

Qarşılaşma yarımçıq dayandırıldığı üçün EFA-ya texniki məğlubiyyət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti