...

"Ferrari" pilotu Formula 1 üzrə Avstraliya Qran Prisinin qalibi olub

İdman Materials 10 Aprel 2022 12:39 (UTC +04:00)
"Ferrari" pilotu Formula 1 üzrə Avstraliya Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Ferrari" pilotu Şarl Lekler Formula 1 üzrə dünya çempionatının üçüncü mərhələsi olan Avstraliya Qran Prisinin qalibi olub.

Trend xəbər verir ki, Lekler həmçinin 1 dəqiqə 20,260 saniyə naticə iləd yarışda ən sürətli dövrəni qət edən pilot adını qazanıb. İkinci yeri "Red Bull" komandasının pilotu Serxio Peres (+20,524 saniyə), üçüncü yeri isə "Mercedes" komandasının təmsilçisi Corc Rassel (+25,593) tutub.

Turnir cədvəlində Lekler 71 xalla liderliyini davam etdirir. Rassel ümumi sıralamada Avstraliya Qran Prisini texniki nasazlıq səbəbindən başa vura bilməyən Ferstappen və Saynzı qabaqlayaraq ikinci pilləyə yüksəlib (37 xal). Üçüncü yeri Peres (30) tutur.

Çempionatın növbəti mərhələsi olan Emiliya-Romanya Qran Prisi aprelin 22-24-də İtaliyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti