...

Bədii gimnastika üzrə FIG Dünya Kuboku qala-şou ilə yekunlaşıb

İdman Materials 24 Aprel 2022 18:49 (UTC +04:00)
Bədii gimnastika üzrə FIG Dünya Kuboku qala-şou ilə yekunlaşıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 24-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kuboku başa çatıb.

Trend-in məlumatına görə, bağlanış mərasimində tamaşaçılara qala-şou təqdim olunub.

Həm Azərbaycan, həm də əcnəbi idmançılar nümunə çıxışlarını təqdim ediblər. Gimnastlar öz çıxışlarında idmanla incəsənətin harmoniyasını nümayiş etdiriblər. Onlar bədii gimnastikanın bütün gözəlliklərini və zərifliyini nümayiş etdirdilər.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Arzu Cəlilova və Zöhrə Ağamirova, o cümlədən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova, Elizaveta Luzan və Daria Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edib.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının gümüş, bu gün isə beş halqa ilə hərəkətdə qızıl medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti