...

Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin birinci günü start götürüb (FOTO)

İdman Materials 3 May 2022 13:08 (UTC +04:00)
Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin birinci günü start götürüb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 3-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin birinci günü start götürüb.

Trend-in məlumatına görə, yarışlatın birinci günündə balacalar yaş qrupunda gimnastlar alətsiz, yeniyetmələr alətsiz və halqa ilə, gənclər isə halqa və topla hərəkətləri nümayiş etdirəcək. Qrup hərəkətlərdə yeniyetmələr yaş qrupunda gimnastlar topla proqramı nümayiş etdirəcək.

Qeyd edək ki, birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti