...

İri beynəlxalq yarışlarda iştirak edib medallar qazanmağı arzulayıram - Gənc gimnast

İdman Materials 3 May 2022 16:51 (UTC +04:00)
İri beynəlxalq yarışlarda iştirak edib medallar qazanmağı arzulayıram - Gənc gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mən iri beynəlxalq yarışlarda iştirak edib medallar qazanmağı arzulayıram.

Bunu Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin iştirakçısı, Suraxanı idman klubunu təmsil edən Ayan Saatova deyib.

"Mənim səkkiz yaşım var, dörd yaşımdan gimnastika ilə məşğulam. Azərbaycan milli komandasının üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilovanın çıxışlarını diqqətlə izləyirəm. Onlar beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəndə azarkeşlik edirəm", - deyə gimnast bildirib.

O əlavə edib ki, Bakı birinciliyində iştirak etməklə böyük yarış təcrübəsi qazanır.

"Mən bu gün alətsiz proqramı təqdim etdim, sabah topla hərətələri nümayiş etdirəcəyəm. Birincilik çox maraqlı keçir. Bu cür gözəl zalda yarışda iştirak etməkdən məmnunam. Gələcəkdə Azərbaycanı iri beynəlxalq yarışlarda təmsil etməyi arzulayıram", - o deyib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti