...

Bakı birinciliyindəki qələbəmizdə məşqçilərimizin böyük xidməti var - Gənc gimnastlar

İdman Materials 4 May 2022 14:01 (UTC +04:00)
Bakı birinciliyindəki qələbəmizdə məşqçilərimizin böyük xidməti var - Gənc gimnastlar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Bakı birinciliyindəki qələbəmizdə məşqçilərimizin böyük xidməti var.

Bunu Trend-ə yeniyetmələr yaş qrupunda qrup hərəkətlərdə Bakı birinciliyinin qalibi olmuş komandanın üzvləri deyib.

"Ocaq Sport"u təmsil edən komandanın tərkibinə Lalə Əzizzadə, Alina Kolesnikova, Azadə Atakişiyeva, Gülnar Rəsulzadə və Nihal Əhmədsoy daxildir.

"Biz xoşbəxtik ki, komandamız qızıl medal qazanıb. Bu, bizim gələcəkdə daha çox məşq etməyimiz üçün stimuldur. Bu qələbədə bizimlə işləyən məşqçilərin xidməti böyükdür. İndi biz qarşımıza yeni hədəflər qoyub reallaşdırmağa çalışacağıq", - gimnastlar deyib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti