...

Bakı birinciliyinin iştirakçısı Milli Gimnastika Arenasında çıxışı haqqında danışıb

İdman Materials 4 May 2022 16:46 (UTC +04:00)
Bakı birinciliyinin iştirakçısı Milli Gimnastika Arenasında çıxışı haqqında danışıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında çıxış etməkdən çox xoşum gəldi.

Bunu Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin iştirakçısı, "Ocaq Sport" klubunu təmsil edən Nilufər Qasımpova deyib.

"Yarışlara hazırlıq yaxşı keçdi və mən birincilikdəki çıxışımdan razı qaldım. Yarışlar çox maraqlı keçir. Mən yarışlarda alətsiz və topla hərəkətlərdə çıxış etdim. Ammə mənim daha çox lent və halqa ilə çıxış etməkdən xoşum gəlir", - deyə o bildirib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti