...

Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində gimnastların mükafatlandırılması keçirilib (FOTO)

İdman Materials 4 May 2022 15:33 (UTC +04:00)
Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində gimnastların mükafatlandırılması keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin balacalar yaş qrupunda çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, 2014-cü il təvəllüdlü gimnastlar arasında Nərgiz Əliyeva birinci, Fatimə Tarverdiyeva ikinci, Nilufər Qasımova üçüncü olub. Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir.

2013-cü il təvəllüdlü gimnastlar arasında Aylun Yusifli qızıl, Əminə Novruzova gümüş, Güllüzar Şərifova bürünc medal qazanıb. A.Yusifli və G.Şərifova "Ocaq Sport", Ə.Novruzova Bakı gimnastika məktəbini təmsil edir.

2013-cü il təvəllüdlü gimnastlar arasında isə Aysel Rzayeva birinci, Leyla Nemakina ikinci, Zəhra Tahirova üçünü yeri tutub. A.Rzayeva və Z.Tahirova Bakı gimnastika məktəbini, L.Nemakina "Ocaq Sport" klubunu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti