...

Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində yeniyetmə gimnastlar mükafatlandırılıb

İdman Materials 4 May 2022 16:56 (UTC +04:00)
Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində yeniyetmə gimnastlar mükafatlandırılıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin yeniyetmələr yaş qrupunda çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, 2010-11-ci il təvəllüdlü gimnastlar arasında Nəzrin Salmanlı birinci, Şəms Ağahüseynova ikinci, İlahə Bahadırova üçüncü olub.

Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti