...

Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək istəyirəm - Bədii gimnastika üzrə Bakı birinciliyinin gümüş medalçısı

İdman Materials 4 May 2022 19:32 (UTC +04:00)
Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək istəyirəm - Bədii gimnastika üzrə Bakı birinciliyinin gümüş medalçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İdmanda böyük nailiyyətlər əldə etmək, Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək istəyirəm.

Bunu Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin gümüş medalçısı, "Ocaq Sport" klubunu təmsil edən Fatimə Tarverdiyeva deyib.

O, Milli Gimnsatika Arenasında ilk dəfə çıxış etdiyini deyib.

"Yarışlar çox yaxşı təşkil olunub, burada çıxış etmək çox xoşdur. Birincilikdə qazandığım medala görə xoşbəxtəm, amma mən bundan sonra daha yaxşı nəticələr qazanmaq üçün dah çox məşq edəcəyəm", - gimnast deyib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti