...

“Səbail” klubu uqandalı futbolçu ilə birillik müqavilə imzalayıb

İdman Materials 22 İyun 2022 05:08 (UTC +04:00)
“Səbail” klubu uqandalı futbolçu ilə birillik müqavilə imzalayıb

Bakı. Trend:

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Trend klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi Luvaqa Kizito müqavilə imzalayıb. Uqandalı hücumçu ilə sözləşmənin müddəti 1 ildir.

Qeyd edək ki, afrikalı forvard ötən mövsümü İsrailin "Hapoel" (Nof-Ha-Qalil) komandasında keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti