...

"Tur de Frans" velosiped yarışmasının qalibi məlum olub

İdman Materials 25 İyul 2022 00:44 (UTC +04:00)
"Tur de Frans" velosiped yarışmasının qalibi məlum olub

Bakı. Trend:

"Alpecin-Deceuninck" komandasını təmsil edən belçikalı Yesper Filipsen nüfuzlu "Tur de Frans" velosiped yarışmasının 21-ci mərhələsinin qalibi olub.

Trend-in məlumatına görə, Y.Flipsen 116 km məsafəni 2 saat 58 dəqiqə 32 saniyəyə qət edib. "Team BikeExchange-Jayco" komandasının Niderland nümayəndəsi Dilan Qruneveqen ikinci, "Intermarche - Wanty - Gobert Materiaux" komdanasını təmsil edən norveçli Aleksandr Kristoff isə üçüncü olub.

"Jumbo-Visma" komandasını təmsil edən Danimarkalı Yonas Vinqeqard 79 saat 32 dəqiqə 29 saniyə nəticəsi ilə ümumi sıralamın qalibi olub. İkinci yeri BƏƏ-nin "Emirates" komandasının nümayəndəsi sloveniyalı Tadey Poqaçar 3 dəqiqə 34 saniyə geridə qalıb. Üçüncü yerdə "Ineos Grenadiers" komandasının üzvü britaniyalı Geraint Tomas qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti