Bakı. Trend:
14-22 iyul 2022-ci il tarixlərində İsraildə “Makkabiada”ın 21-ci oyunları keçirilib.
Trend xəbər verir ki, oyunlarda 60 ölkənin nümayəndələri iştirak edib.
"Makkabi – Azərbaycan" komandası üzvlərinin sayının az olmasına baxmayaraq, İsraildə keçirilən “Makkabiada” yarışlarında uğurla çıxış edərək 3 medal qazanıb.
Yeniyetmələr arasında 55 kq-a qədər çəkidə Yuri Muşailov 3-cü, Şamil Sadiqov 73 kq-a qədər çəkidə yeniyetmələr arasında 3-cü, Aleksandr Mordvinkin 100 kq-dan yuxarı çəkidə "Masters" kateqoriyasında 3-cü yeri tutublar.
“Makkabi-Azərbaycan” komandasının yarış qatılması Azərbaycanın Avropa Yəhudiləri İcmasının təşkilatçılığı və sponsorluğu ilə həyata keçirilib.