...

“Qarabağ” - “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılıb

İdman Materials 31 İyul 2022 11:09 (UTC +04:00)
“Qarabağ” - “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılıb

Bakı. Trend:

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

Trend Ağdam klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (“iticket.az”da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti