...

“Neftçi” cavab oyunu üçün Avstriyaya yollanıb (FOTO)

İdman Materials 10 Avqust 2022 10:04 (UTC +04:00)
“Neftçi” cavab oyunu üçün Avstriyaya yollanıb (FOTO)

Bakı. Trend:

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinin "Rapid"lə cavab oyunu üçün Avstriyaya yollanıb.

Trend xəbər verir ki, “ağ-qaralar”ı Vyanaya aparan təyyarə saat 09:10-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Yeni transfer Vato Arveladze də komanda ilə birlikdə səfərə yollanıb. 24 yaşlı gürcüstanlı oyunçu “Rapid”lə qarşılaşmalara sifariş olunmadığı üçün meydana çıxa bilməyəcək.

Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk oyunda “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti