Bakı. Trend:
Almaniyanın "Audi" avtomobil şirkəti 2026-cı ildən başlayaraq Formula 1 yarışlarında iştirak edəcəyini elan edib.
Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, "Audi" bolidlər üçün mühərrik istehsalı ilə məşğul olacaq.
Hələlik onların hansı komanda ilə əməkdaşlıq edəcəyi açıqlanmasa da, mütəxəssislər "Audi"nin "Sauber" komandası ilə işləyəcəyini hesab edir.
Bundan başqa, "Porsche" şirkətinin də Formula 1-də mühərrik istehsalçısı kimi fəaliyyətə başlayacağını elan etməsi gözlənilir.
Qeyd edək ki, hazırda Formula 1 dünya çempionatında 10 iştirakçı dörd təchizatçı mühərriklər təmin edir: "Ferrari", "Mercedes", "Renault" və "Red Bull".