Bakı. Trend:
V İslam Həmrəyliyi Oyunlarında hakim kimi ədaləti qorudum. Bu, həm də böyük beynəlxalq təcrübə idi. Hansı məsuliyyət daşıdığımı yaxşı dərk edirdim. Bu cür mötəbər yarışda təmsil olunmaq və prosesin içində iştirak etmək ayrı hislər idi. V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etməkdən qürur hissi keçirirdim.
Bu sözləri Trend-ə Azərbaycan Kikboksinq Federasiyasının beynəlxalq “A” dərəcəli hakimi Aydın Ağabəyov deyib.
O bildirib ki, Azərbaycan kikboksçuları yarışda uğurla çıxış ediblər: “Azərbaycan kikboksçularının uğurlu çıxışları, əlavə stimul idi. Kikboksinq üzrə millimiz 3-ü qızıl, 5-i gümüş, 7-si bürünc olmaqla, ümumilikdə 15 medal qazanıb. Millimizin medal sıralamasında ilk üçlüyə düşməsi Azərbaycanda kikboksinqin hansı səviyyədə inkişaf etdiyini təsdiqlədir”.
Qeyd edək ki, A.Ağabəyov V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında final döyüşlərini idarə edib.